1920-ci ildən dövlət qulluqçularının və ictimai xidmət işçilərinin etibarlı dayağıyıq.
Əmək hüquqlarının qorunması, həmrəylik və sosial ədalət
Dövlət idarələri və ictimai xidmət sahəsində işçilərin əmək və sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, layiqli iş yerlərinin yaradılmasının təşviq edilməsi, əməyin mühafizəsi üzrə maarifləndirici tədbirlərin həyata keçirilməsi, üzvlərimizin bilik, bacarıq və səriştələrinin artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, üzvlərimizin səmərəli istirahətinin təşkil edilməsi istiqamətində sistemli fəaliyyət göstəririk

ƏSAS GÖRTƏRİCİLƏRİMİZ

0

Respublika Birliyi üzvlərinin sayı

0

Qadın üzvlərimizin sayı

0

Kişi üzvlərimizin sayı

0

Bağlanmış kollektiv saziş və müqavilələrin sayı

0

Həll edilmiş əmək mübahisələrinin sayı

Gücümüz həmrəyliyimizdədir!

Dövlət idarələrində və ictimai xidmət sahəsində çalışan minlərlə işçini bir yerdə toplayaraq 1412 təşkilat yaratdıq. Geniş üzvlük bazamız və səmərəli proqramlarımızla əmək və sosial-iqtisadi hüquqlarınızın və maddi rifahınızın qorunmasında ölkənin qabaqcıl həmkarlar ittifaqı birliklərindən biri olaraq fəaliyyət göstəririk.

Ətraflıarrow up
body image
body image
body image
body image
1920

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsi

2002

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

2025

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi

Fəaliyyətlərimiz

1 əsrlik təcrübə ilə ədalətli əmək, layiqli iş yerləri və sosial-iqtisadi hüquqların təminini tələb edirik.

Təsis olunmuş təşkilatlar

İşğaldan azad olunmuş ərazilərdə təsis olunmuş həmkarlar ittifaqı təşkilatları

Təşkilatların sayı
7
Üzvlərin sayı
531

Təşkilatlanma

76 şəhər, rayon həmkarlar ittifaqları komitələrində Bələdiyyə işçilərinin ilk həmkarlar ittifaqları yaradılıb

Yeni təşkilat sayı
120

Son xəbərlər və tədbirlər

Bütün xəbərlər

İttifaqımızın fəaliyyəti və keçirilən tədbirlər haqqında aktual məlumatlar

Xəbər

6 Noyabr 2026

Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirib

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) üzv təşkilatı olan Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirmişdir. Görüşdə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın fədakarlığından bəhs olunmuş, onların əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Səmimi söhbət şəraitində keçən tədbirdə şəhid ailələrinin müraciət və qayğıları dinlənilmiş, Komitə adından onlara lazımi dəstək göstərilmiş və xoş arzular çatdırılmışdır. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

ADİİXİ Hİ Respublika Birliyi və Mediasiya Şurasının birgə layihəsi çərçivəsində Ağcabədidə zona seminarı keçirilib

Xəbər

3 Noyabr 2026

ADİİXİ Hİ Respublika Birliyi və Mediasiya Şurasının birgə layihəsi çərçivəsində Ağcabədidə zona seminarı keçirilib

3 noyabr 2026-cı il tarixində Ağcabədi rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin təşkilatçılığı və Mediasiya Şurasının nümayəndələrinin iştirakı ilə növbəti zona seminarı keçirilmişdir. Tədbirdə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Kürdəmir, Zərdab, Ağdam, Bərdə və Ağcabədi rayonlarının həmkarlar ittifaqı komitələrindən ümumilikdə 75 nümayəndə iştirak etmişdir. Seminarda Respublika Birliyi sədrinin birinci müavini, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini və Mediasiya Şurasının zona üzrə nümayəndələri iştirak edərək çıxış etmişlər. Tədbir çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə geniş müzakirələr aparılmışdır: Əmək mübahisələrinin həlli və hüquqi maarifləndirmənin gücləndirilməsi; Kollektiv əmək mübahisələrinin tənzimlənməsi və mediasiya imkanları; Həmkarlar ittifaqı komitələri ilə mediasiya təşkilatları arasında əməkdaşlıq məsələləri. Seminar qarşılıqlı fikir mübadiləsi və interaktiv dialoq şəraitində başa çatmışdır.

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Xəbər

30 Oktyabr 2026

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib. Tədbir çərçivəsində Mediasiya Şurasında yeni təsis olunmuş ilk həmkarlar ittifaqı təşkilatının AHİK sisteminə inteqrasiyası rəsmiləşdirilib. Görüşdə əvvəlcə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafına böyük təkan verdiyini bildirib. O, həmçinin Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqı sistemində rəqəmsal həllər geniş tətbiq olunur, xidmətlərin əlçatanlığı artırılır və sosial layihələrin əhatə dairəsi genişləndirilir. O, Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatının yaradılmasının əmək hüquqlarının kollektiv müdafiəsinə, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun fəaliyyətindən, bu sahənin inkişafı üçün yaradılan imkanlardan və mübahisələrin məhkəmədənkənar həllində təsisatın rolundan söz açıb. Nadir Adilov mediatorların peşəkarlığının artırılması, onların hüquqi və təşkilati baxımdan dəstəklənməsi istiqamətində görülən işləri qeyd edərək, əməkdaşların həmkarlar ittifaqında birləşməsinin bu sahədə əlavə imkanlar yaradacağını vurğulayıb. Görüşün sonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul edilməsi barədə qərarı təşkilatın sədri Kamil Lətifova təqdim edib.

ADİİXİ Hİ Respublika Birliyi və Mediasiya Şurasının birgə layihəsi çərçivəsində Qubada növbəti zona seminarı keçirilib

Xəbər

29 Oktyabr 2026

ADİİXİ Hİ Respublika Birliyi və Mediasiya Şurasının birgə layihəsi çərçivəsində Qubada növbəti zona seminarı keçirilib

29 oktyabr 2026-cı il tarixində Quba rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin təşkilatçılığı və Mediasiya Şurasının nümayəndələrinin iştirakı ilə “Əmək münasibətlərində mübahisələrin həlli və mediasiya imkanları” mövzusunda növbəti zona seminarı keçirilmişdir. Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının həmkarlar ittifaqı komitələrindən ümumilikdə 145 nümayəndə iştirak etmişdir. Seminar çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə geniş müzakirələr aparılmışdır: Əmək mübahisələrinin həlli və hüquqi maarifləndirmənin gücləndirilməsi; İşçi və işəgötürən arasında sosial dialoqun qurulması; Kollektiv əmək mübahisələrinin tənzimlənməsi; Həmkarlar ittifaqı nümayəndələrinin bilik və bacarıqlarının artırılması; Həmkarlar ittifaqı komitələri ilə mediasiya təşkilatları arasında əməkdaşlığın inkişafı. Mediasiya qurumu ilə birgə həyata keçirilən layihə çərçivəsində təşkil olunan seminar qarşılıqlı diskussiya və interaktiv dialoq şəraitində başa çatmışdır.

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
Xəbər

30 Oktyabr 2026

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib. Tədbir çərçivəsində Mediasiya Şurasında yeni təsis olunmuş ilk həmkarlar ittifaqı təşkilatının AHİK sisteminə inteqrasiyası rəsmiləşdirilib. Görüşdə əvvəlcə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafına böyük təkan verdiyini bildirib. O, həmçinin Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqı sistemində rəqəmsal həllər geniş tətbiq olunur, xidmətlərin əlçatanlığı artırılır və sosial layihələrin əhatə dairəsi genişləndirilir. O, Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatının yaradılmasının əmək hüquqlarının kollektiv müdafiəsinə, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun fəaliyyətindən, bu sahənin inkişafı üçün yaradılan imkanlardan və mübahisələrin məhkəmədənkənar həllində təsisatın rolundan söz açıb. Nadir Adilov mediatorların peşəkarlığının artırılması, onların hüquqi və təşkilati baxımdan dəstəklənməsi istiqamətində görülən işləri qeyd edərək, əməkdaşların həmkarlar ittifaqında birləşməsinin bu sahədə əlavə imkanlar yaradacağını vurğulayıb. Görüşün sonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul edilməsi barədə qərarı təşkilatın sədri Kamil Lətifova təqdim edib.

Ətraflı oxu

14

2026-cı ildə keçirilən mədəni-kütləvi tədbirlərin sayı

8

2026-cı ildə keçirilən seminarların sayı

Media

İttifaqımızın fəaliyyəti və keçirilən tədbirlər haqqında aktual məlumatlar